02 fevral 2021 12:01
1365

Yaşıl çay kimlərə zərərlidir?

Yaşıl çayın faydalarından tez-tez danışırlar və ya yazırlar. Lakin bilmək lazımdır ki, yaşıl çay da bəzən zərərli ola bilər. “Rossiya 1” telekanalında “Doktor Myasnikov” proqramının efirində həkim Aleksandr Myasnikov kimlərə bu içkidən uzaq durmaq lazım olduğunu açıqlayıb. “Orqanizmimizdə çoxsaylı sistemlər var, məsələn, sitokinlər sistemi-58 fermentdən ibarətdir, qəbul etdiyimiz dərmanlar, içdiyimiz içkilər və yediyimiz qida onlarla müəyyən mənada kəsişir”,-deyə həkim bildirib.

“İki sahil” “smotrim.ru” saytına istinadən xəbər verir ki, buna misal kimi Myasnikov yaşıl çayı göstərib. O, bildirib ki, bu içki ilə ilə kimya terapiyası keçən onkoloji xəstələr xüsusilə ehtiyatlı olmalıdırlar. Bu halda yaşıl çay kimya terapiyanın toksiki təsirlərini daha da artıra bilər.

Nubar Süleymanova, “İki sahil”