02 fevral 2021 13:20
1113

Koronavirus vaksininin yan təsirləri açıqlanıb

Rusiyanın Milli Terapiya və Profilaktik Tibbi Tədqiqatlar Mərkəzinin direktoru Oksana Drapkina koronavirus peyvəndinin ardından ilk günlərdə baş verə biləcək yan təsirlərdən danışıb.

“İki sahil” “smotrim.ru” saytına istinadən xəbər verir ki, o, xüsusi olaraq, qripəbənzər əlamətlərə diqqət yetirmək lazım olduğunu bildirib.

Mütəxəssis qeyd edib ki, yan təsirlər adətən, ilk sutka ərzində özünü göstərir. Qripəbənzər simptomlara ümümi zəiflik, halsızlıq, yuxuya meyillilik, temperaturun yüksəlməsi və s. aiddir.  “Vaksinasiyadan sonra temperatur çox nadir hallarda 39 dərəcədən yüksək ola bilər. 38-dən yuxarı temperatur olduğu halda parasetamol atmaq məsləhətdir. Kömək üçün “heç yerə qaçmağa” ehtiyac yoxdur”,-deyə Oksana Drapkina bildirib.

Nubar Süleymanova, “İki sahil”