02 fevral 2021 15:12
1491

Bu yarımadaya qadınlar buraxılmır - FOTO

Aynoroz yarımadası Egey dənizinin şimalında Halkidiki yarımadasının şərqində yerləşir.

“İki sahil” xəbər verir ki, Yunanistan daxilində fərqli idarə olunan bu yer bəzi Avropa Birliyi qanunlarından azaddır. Bu yer Pravoslav inanclı insanlar tərəfindən böyük əhəmiyyətə malik olub. Serb, rus, rumın və gürcü kimi fərqli pravoslav icmalarından olan rahiblərin yaşadığı bu yarımadaya hər kəs girə bilmir. 20 monastırın olduğu Aynoroz yarımadası daha yaxından nəzərdən keçirək. Bu yarımada yalnız Egey dənizində deyil, bütün Yunanıstanda ən maraqlı və arzu edilən yerlərdən biridir. Bu maraqlı yer turistlər üçün demək olar ki, tamamilə bağlıdır. Dağlıq bir ərazidə yerləşən Aynoroz, əlverişli coğrafi şəraitə malikdir. Bu ərazi əsrlərdir 20 mühüm dini təhsil və ibadət mərkəzinə ev sahibliyi edir. İstanbuldakı Patriarxlığa bağlı olan bu 20 monastırı yarımadanın öz nümayəndələri idarə edirlər.

Zeytunçuluq və üzümçülük ən vacib əkinçilik fəaliyyəti olduğu yarımadada, gənc rahiblər əsasən bu cür işlərlə maraqlanıblar. Dünyanın müxtəlif yerlərindən pravoslav rahiblərinin yaşadığı bu yarımadanın ətrafındakı bütün turistik marşrutlara baxmayaraq, ümumilikdə ziyarətçilər qəbul edilməyib.

 Yarmadanın ən yüksək nöqtəsinin Athos dağı olduğu və deyilənə görə, bura ancaq uzunqulaqlarla qalxmaq mümkün olub. Çünki, ərazidə avtomobil yolu olmayıb. Coğrafi cəhətdən çox təpəli bir əraziyə sahib olan Aynorozun dik yamacları ayrıca fərqli bir çətinlik yaradır.

Fərqli idarə olunan və hər monastırdakı rahiblərin ortaq qərar verdiyi yarmadanın öz qaydaları var. Bunlardan ən mühümü bölgəyə məhdud sayda ziyarətçinin buraxılması olub.

Üstəlik, qəbul ediləcək bu insanların ilk növbədə Pravoslav inancına sahib olmalarına diqqət yetirilib.

Digər bir mərhələdə ziyarətə gələcək insanların yaşının ancaq 18 yaşdan yuxarı olmasıdır.  Başqa bir qaydaya görə buraya qadınların girməsinə icazə verilmir. Aynaroz yarımadasına yalnız kişilərin girməsinə icazə verilib.

X əsrdə burada monastırlar inşa edildikdən sonra rahiblər arasında barış və sədaqətli olmaq fikirləri ortaya çıxmağa başlayıb. Rahiblər barış və sədaqəti qazandıqdan sonra, onun itirilməsindən qorxaraq qadınların adaya girməsini qadağan ediblər. Qadağaya baxmayaraq, qadınlar yarımadaya baş çəkiblər. 1946-49-cu illər Yunanistan daxili müharibəsi zamanı kəndlilər arasında yarımadaya qaçan heyvanlarını götürməyə gələn qadınlar da olub.

1953-cü ildə Maria Poimenidou adlı bir qadın, kişi cildində adaya girməyi bacarıb və nəticədə qadınların Aynoroza getməsini qadağan edən bir qanun qəbul edilib. Bu vəziyyət bu gün də davam edir.

Vüsal Cahanov, “İki sahil”