04 fevral 2021 10:23
1376

Minlərlə siçanın yaşadığı məbəd- Karni Mata/FOTO

Hindistanın qərbindəki Rajastan əyalətində yerləşən Karni Mata məbədi 25 min siçana ev sahibliyi edir.

“İki sahil” xəbər verir ki, burada müqəddəs sayılan minlərlə siçan yaşayır. Buradakı siçanların keçmiş həyatlarında uşaq olduğuna inanılır.

Bu yerin  çox maraqlı bir xüsusiyyəti var. Hindular üçün müqəddəs sayılan məbədin təməli XV əsrdə qoyulub. Bununla belə, məbədin inşası 20-ci əsrdə başa çatıb.

Məbəddə yaşayan 25 min siçovul tamamilə toxunulmazdır. Kabbas adlanan bu siçovullar müqəddəs sayılırlar.

Siçanlar Məbədi olaraq da bilinən Karni Matada yaşayan siçanlara son dərəcə əhəmiyyət verilir. Bunlar arasında nadir görülən ağ siçanlar daha vacibdir.

Siçovulların məbəddə zərər çəkməsi hindu inancına görə qəti qadağandır. Çünki inanca görə bu siçanlar əvvəlki həyatlarında qadağan edilmiş çeşmədən su içən Hindu tanrısı Karni Matanın övladları sayılır.

Bu inama görə, məbədə gələnlər siçovullara ən yaxşı şəkildə davranır və onları bəsləyirlər. Siçovullara digər heyvanların zərər verməməsi üçün məbəd çəpərlərlə əhatə olunmuşdur.

Rajasthan əyalətindəki bu məbəd xaricdəki bir çox qonağı da qarşılayıb. Xatırladaq ki, Bikaner bölgəsindəki Deşonke qəsəbəsindən 30 kilometr məsafədə yerləşən məbəd  çoxsaylı sənədli filmlərin mövzusu olmuşdur.