ABŞ-da Harriet Tabmenin (köləlikdən qaçan və sosial islahatlar və azadlıq uğrunda mübarizə aparan bir qadın) təsvir olunduğu 20 dollarlıq əskinasın buraxılması təşəbbüsü çoxdan təklif olunmuşdu. 2020-ci ildə 19 nömrəli düzəlişin 100 illiyi münasibətilə dövriyyəyə buraxılmalı idi.
Qeyd edək ki, həmin düzəlişə əsasən ölkədə qadınlara seçkilərdə səs vermək hüququ verilmişdi. Ancaq mövcud banknotda təsvir olunan prezident Endru Ceksona Trampın şəxsi simpatiyası olduğundan 20 dollarlıq əskinasın dəyişdirilməsi məsələsini sonraya qoydu.
Lakin Co Baydenin komandası yaxın gələcəkdə belə bir təşəbbüsü həyata keçirməyə çalışacağına söz verib. Xatırladaq ki, Amerika pullarında heç vaxt qaradərililərin portretləri olmayıb.
Nubar Süleymanova, "İki sahil"