Hazırda immunoloqlar bəzi insanların digərlərindən fərqli olaraq, koronavirusa nə üçün yoluxmadığını öyrənməyə çalışırlar. Bu yöndə onların 3 versiyası var:
Mümkün səbəblərdən biri kimi həmin insanların əvvəllər koronavirusun digər növlərini keçirmiş olması və onlarda bu virusa qarşı immunitet yaranması göstərilir.
İkinci versiyaya görə, ola bilər ki, koronavirusla qarşılaşdığı dönəmdə həmin insan artıq bir növ interferon səviyyəsinin artmasına səbəb olan digər viral infeksiyaya məruz qalmışdır. İnterferonlar artdıqca, virus infeksiyalarına həssaslıq azalır.
Üçüncü versiyaya görə, bəzi insanlarda yerli immunitet kompleksləri virusu yuxarı tənəffüs yollarında məhv edir və aşağı tənəffüs yollarının selikli qişasına təsir etməsinə mane olur.
“Birmənalı olaraq, bəzi insanların hansı səbəblərdən yoluxmadığı elmi müzakirələr mərhələsindədir.
Nubar Süleymanova, "İki sahil"