“Apple” şirkətinin bir neçə ildən sonra buraxacağı avtomobil tamamilə avtonom olacaq. Şirkət hətta sürücü konstruksiyasını belə quraşdırmağı planlaşdırmır.
“İki sahil” “vesti.ru” saytına istinadən xəbər verir ki, bu yaxınlarda Koreyanın “Hyundai” və “Kia” şirkətləri ilə ABŞ arasında avtomobil istehsalı ilə bağlı müqavilə də imzalana bilər. Cənubi Koreya şirkətləri öz avtomobil texnologiyaları və istehsal imkanlarını təqdim etməyə hazırdırlar, “Apple” isə öz-özünə idarə olunan avtomobilləri avtonom hərəkət sistemləri və proqram təminatı ilə təmin edəcəkdir.
Bir müddət əvvəl, “Apple”, “Kia” şirkətinə bu layihənin icrası ilə bağlı 3,6 milyard dollar ödəməyə hazır olduğunu bildirmişdi. “TF İnternational Securities” şirkətinin eksperti Min-Çİ Kuo qeyd edib ki, “Apple” elektrokarı “Hyundai” markasının platformasında qurulacaq. “Hyundai” ilə əməkdaşlıq uğurlu alınarsa, “Apple” “General Motors” və bəzi Avropa istehsalçıları ilə də gələcək elektrokar modellərinin hazırlanması və satışında əməkdaşlıq edəcəkdir.
Nubar Süleymanova, "İki sahil"