Alimlər insanın tənəffüsü və ürək döyüntüləri ilə duyğularını təyin edən süni intellekt sistemi inkişaf etdirərək sınaqdan keçiriblər. Bədəndəki sensorlar əvəzinə ənənəvi radiodalğalarından istifadə olunub. Çox güman ki, bu məqsədlər üçün müntəzəm bir “Wi-Fi” siqnalından istifadə etmək də mümkün olacaq. Bu, yaxın gələcəkdə hisslərinizi simsiz bir şəbəkədə gizlənən “gözəgörünməz” bir dinləyicidən gizlətməyin mümkün olmayacağı deməkdir.
Təcrübənin nəticələri “PLoS ONE” jurnalında dərc edilən məqalədə geniş şəkildə öz əksini tapıb.
İnsan duyğularını tanıyan süni intellekt sistemləri yeni deyil. Ancaq ümumiyyətlə, bu cür proqramlar üz ifadələrini, jestləri və ya nitqi oxuyur. Buna görə, insan istəsə, belə bir "nəzarətçini" aldada bilər. Bundan əlavə, bir kompüterə lazım olan məlumatları əldə etmək üçün videokameralara və ya bədənə quraşdırılmış sensorlara ehtiyac var.
Yeni neyron şəbəkəsini isə idarə etmək daha çətindir, çünki o , tənəffüs və ürək döyüntüsünə uyğun qərar verəcək və ona lazım olan tək şey mütəmadi radiodalğalardır. Məsələn, Wi-Fi qurğusu, hansı ki, hazırda həyatımızı onsuz təsəvvür belə etmək olmur.
Təcrübə zamanı alimlər 15 könüllüyə kədər, sevinc, həzz və s. kimi hissləri yaradan videoçarx izləməyi tapşırıblar. Bu zaman alimlər insan bədənində əks olunaraq geri qayıdan radiodalğaların siqnallarını xüsusi aparat vasitəsilə toplayıb. Təcrübə nəticələri 71 % özünü doğruldub.
“Hazırda biz “Wi-Fi” üçün eyni anda daha çox insanın emosiyalarını marşrutlaşdırmaq üçün hansı ucuz sistemlərdən istifadə etmək barədə tədqiqatlar aparırıq. Məsələn, sahibkarlara əməkdaşlarının iş yerində hansı hissləri keçirdiyini bilmək çox maraqlı olar”,-deyə Londonun Şahzadə Mariya Universitetindən olan mütəxəssis Axsar Nur Xan bildirib.
Ancaq işçilərin öz iç dünyasına bu qədər müdaxiləyə necə reaksiya verəcəkləri sual altındadır.
Nubar Süleymanova, “İki sahil”