06 fevral 2021 01:29
1235

İlk dəfə elektrik mühərrikli təyyarəni sınaqdan keçirilib

Rusiyanın Novosibirsk şəhərində dünyada ilk dəfə olaraq elektrik mühərrikli təyyarə sınaqdan keçirilib.

"İki sahil" bildirir ki, mühərrik Yak-40 təyyarəsində quraşdırılıb. Qeyd olunub ki, elektrik aviamühərriklərin sınaqları bundan sonra da davam edəcək. Növbəti iki il ərzində Tu-114 təyyarəsində həmin mühərriklərin sınaqdan keçirilməsi nəzərdə tutulur.

İstehsalçıların sözlərinə görə, 2030-cu ilədək seriyalı istehsalının təşkil olunması planlaşdırılır.