07 fevral 2021 13:06
1216

Çinin kəşfiyyat cihazından Marsın ilk görüntüsü

Çinin “Tianwen-1” kosmik kəşfiyyat cihazı çəkdiyi Marsın ilk fotolarını Milli Kosmos İdarəsinə göndərib.

"İki sahil" xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti yazıb.

Sözügedən foto Marsa 2.2 milyon kilometr məsafədən çəkilib. Orbitdə təxminən 197 gün səyahət edən və 465 milyon kilometr məsafə qət edən kəşfiyyat cihazı hazırda dünyadan 184, Marsdan isə 1.1 milyon kilometr məsafədə qərarlaşıb.