07 fevral 2021 18:49
1327

Gün ərzində 2 stəkan qəhvə içmək... - İnanılmaz fayda

Qəhvə dünyanın ən çox istehlak edilən içkilərindəndir. Türkiyəli mütəxəssislərin fikrincə, qəhvənin faydalı xüsusiyyətləri ilə yanaşı zərərli cəhətləri də var.

"İki sahil" teleqraf-a istinadən bildirir ki, qəhvə tərkibində 1000-dən çox bioaktiv birləşmə olan kompleks qarışıqdır. Tərkibindəki kofein miqdarı qəhvənin növünə, qovrulma dərəcəsinə və bişirmə üsuluna görə dəyişir. 100-150 ml qəhvənin tərkibində 100 mg kofein olur.

Eyni zamanda, tərkibindəki digər bioaktiv maddələr antioksidan, antibakterial, qan şəkəri tənzimləyici, qan yağlarını tənzimləyən təsir əmələ gətirir. Bu faydalı təsirlərin gündə 2-3 stəkanı keçməməsi daha məsləhətlidir.

Gün ərzində 750 mq-dan çox istehlak olunan kofein bədəndə kalsium və maqneziumu artırır. Bu isə sümük sağlamlığına mənfi təsir göstərir. Hamiləlik zamanı gün ərzində 1-2 stəkandan artıq qəhvə istehlak etmək olmaz. Qədərindən artıq kofein qəbulu yuxusuzluq və narahatlığa səbəb ola bilər.