07 fevral 2021 22:53
865

Hamilələr üçün "ağlama otaqları" yaradılacaq

Polşa Ədliyyə Nazirliyi hamilə qadınlar üçün "ağlama otaqları" yaratmağı təklif edib.

"İki sahil" xəbər verir ki, bu barədə Notes from Poland portalı məlumat yayıb. Bildirilib ki, Konstitusiya Məhkəməsinin abortun qadağan edilməsi barədə qərarı qüvvəyə mindikdən sonra hamilə qadınların dəstəyə ehtiyacı var. Təşəbbüs müəlliflərinin fikrincə, hamilə qadınlar ağlamaq üçün bu cür otaqları ziyarət edə bilər. Bundan əlavə onlara psixoloji və sosial dəstək verməyi də planlaşdırırlar.

Qeyd edək ki, Polşada abort 1933-cü ildən bəri qadağan edilib. İstisnalara hamiləliyin qadının həyatı və ya sağlamlığı üçün təhlükə yaratması, sağalmaz xəstəlik riski olduğu və ya hamiləliyin təcavüz nəticəsində meydana gəldiyi hallar aitdir. Polşa Konstitusiya Məhkəməsi bu yaxınlarda hamiləliyin dayandırılması səbəblərini azaldan qərarını dərc edib. Bundan sonra Varşavada və ölkənin digər bölgələrində bu günə qədər dayanmayan geniş miqyaslı etiraz aksiyaları başlayıb.