İspaniyanı fəth edən sərkərdə Tarik bin Ziyadın adını daşıyan Cəbəllütariq dünyanın ən strateji nöqtələrindən biridir.
“İki sahil” xəbər verir ki, Atlantik okeanı ilə Aralıq dənizini birləşdirən Cəbəllütariq boğazı uzun illərdir İngiltərə ilə İspaniya arasında mübahisəli bir mövzu olub. İspan torpaqları ilə əhatə olunmuş bu yerin rəhbərliyi ingilislərə məxsusdur.
İber yarımadasında yerləşən bu boğaz bir hökumət olaraq Birləşmiş Krallığa bağlıdır. İngilislərin idarə etdiyi Cəbəllütariq böyük strateji əhəmiyyətə malikdir. Bura, İber yarımadasının cənubunda Cəbəllütariq boğazının Aralıq dənizi tərəfindəki başlanğıc nöqtəsindədir. Körfəzi də əhatə edən bölgə kiçik bir yarımadadır. Afrika qitəsinin şimalında yerləşən Cəbəllütariğin əks tərəfdən İspaniyaya məxsus Seuta və Mərakeş torpaqları ilə əhatə olunub.
Cəbəllütariq adını məşhur Əməvilərin sərkərdəsi olan Tariq bin Ziyatdan götürüb. Bölgədəki dağı əsas götürərək Cebel-i Tarık və ya ərəbcə Tarık Dağı adlanan bu yer Əməvilərin İspaniyaya keçməsində əhəmiyyətli bir qərargah roluna sahib olub. 8-ci əsrdən bu yana Əməvilərin hakimiyyəti altında olan bölgədə yaşayış yeri yox idi. Bu ərazi əsasən hərbi məqsədlər üçün və gəmiləri sakit bir körfəzdə saxlamaq üçün istifadə olunub. Əməvilərdən sonra bölgəyə hakim olan Müvahidlər, bu bölgədə Antik dövrdə Celpe adlanan bir yaşayış yeri qurmağa qərar veriblər. 1145-ci ildə Müvəhhid hökmdarı Abdulmunun əmri ilə Grenadadan (Gırnata) gətirilən çox sayda işçi burada bir şəhər tikməyə başlayıb. Sarayların, bağların və geniş küçələrin olduğu Cəbəllütariq bu tarixdən etibarən Aralıq dənizi ticarətində əhəmiyyətli bir liman olmağa başlayıb.
15-ci əsrdə İber yarımadasında ərəb hökmranlığına son qoyulmağa başladıqca İspaniyanın təsiri tədricən artmaqda idi. Kastilya və Araqon kimi iki əhəmiyyətli krallığın birləşməsi və Reconquista, yəni yenidən fəth edildiyi üçün, Cəbəllütariq, İber yarımadasının qalan hissəsi kimi, İspanların hakimiyyətinə keçib. O vaxta qədər müsəlman əhalisi olan Cəbəllütariqin yerli əhalisi Mərakeşə keçəndən sonra, ispanlar bölgədə məskunlaşmağa başlayıblar. XVI əsrdə tamamilə İspan Krallığının bir hissəsi olan Cəbəllütariq 1704-cü il müharibəsindən sonra İngiltərənin ərazisi olub. 1713-cü ildə Hollandiyanın Utrext şəhərində imzalanan və varis müharibəsinə son qoyulması ilə buranın İngilis hökmranlığına verilməsinə qərar verilib.
18-ci əsrdən bəri bir İngilis diyarı olan Cəbəllütariq bu dövrdə sürətlə inkişaf edib. İmperiyanın Aralıq dənizində əhəmiyyətli bir limanı olub. Bu vəziyyət 19 və 20-ci əsrlərdə davam edib. Cəbəllütariqin statusu İkinci Dünya Müharibəsindən sonrakı dövrdə yenidən gündəmə gəlib. 1967-ci ildə bölgədə keçirilən referendumda xalq ingilislərin hakimiyyəti altında qalmağı üstün tutub. 2002-ci ildə təkrarlanan oxşar suverenlik referendumunda Cəbəllütariq xalqı qərarlarını eyni istiqamətdə istifadə edib.
İngiltərədə keçirilən referendum nəticəsində ingilislərin Avropa Birliyindən çıxmaq üçün səs verməsi Cəbəllütariqin mövqeyini yenidən gündəmə gətirib. İngiltərə ilə Avropa Birliyi arasında bölgənin statusu ilə bağlı aparılan danışıqlara qarşı çıxan İspaniya məsələnin yalnız İspaniyaya aid olduğunu bildirib. Cəbəllütariqin özlərindən asılı bir muxtar quruluşa sahib olması lazım olduğunu iddia edən ispanlar bu tələblərini davam etdiriblər.
Əlbəttə bölgəni yalnız siyasi gündəmlə qeyd etmək mümkün deyil. Çox strateji əhəmiyyətə sahib olan Cəbəllütariq həm də möcüzəli bir bölgədir. Bir dağ ətrafında uzanan yarımadalı ensiz küçələri olan köhnə şəhərin dar küçələrinə əlavə olaraq müasir binalar, xüsusən də Cəbəllütariqdəki liman sahəsindəki diqqəti ilə cəlb edir. Saint Michel Mağarası Cəbəllütariqin mütləq görülməli yerlərindən biridir.
İngiltərə tərəfindən idarə olunan Cəbəllütariqdə bölgənin pul vahidi Cəbəllütariq lirasıdır. Rəsmi dilinin ingilis olduğu bu yerdə ingilislər, ispanlar, mərakeşlilər və maltalılar yaşayır.
Vüsal Cahanov, “İki sahil”