“Colgate”
“Colgate” brendinin yaradıcısı Uilyam Kolqeyt 1806-cı ildən bu biznesə başlayır. O, ilk dəfə Nyu-Yorkda nişasta, şam və sabun satışı biznesi yaratmışdı. Firmasının sonradan belə məşhurlaşacağını heç özü də bilmirdi.
Amerikalı iş adamı, İspaniyada PR kampaniyası zamanı şirkətin adı ilə əlaqəli ilk çətinliklərlə qarşılaşdı. Soyadına görə Uilyam çox tənqid olundu, çünki şirkətin ispan dilində adı "Get özünü as" kimi tərcümə olunur.
“Procter and Gamble”
Uilyam Prokter və Ceyms Qembl adlı şəxslərin yaratdığı bu şirkət ilk dəfə kiçik sabun biznesi ilə işə başlamışdı. Şam və sabunları arabada özləri daşıyan, bu ağır işi növbə ilə görən şirkət sahibləri sonradan çox məşhurlaşdılar.
Vaxt keçdikcə “P&G” məhsullarının çeşidləri genişlənərək öz ticarət nişanını əldə etdi: qutuların üzərindəki ulduzlar və aypara müştərilərdə inam hissi yaratdı. Tezliklə məhsulun orijinallığı dəqiq olaraq şirkətin emblemi ilə təyin olunmağa başladı və bu marka tanındı.
“Lacoste”
“Lacoste” brendi ilk dəfə 1926-cı ildə ABŞ-da tennis çempionatı zamanı təqdim edilmişdi. Fransız tennis ustası Rene Lakost ağ polo köynək geyinmişdi. O vaxt tennisçilər fərqli geyinirdilər, öz əlləri ilə tikdiyi ağ polo köynəkdə olan Rene isə onlardan tamamilə fərqlənirdi.
1927-ci ildə Devis kuboku zamanı fransız yığmasının kapitanı ilə Rene arasında mübahisə yarandı, onlar turnirdəki qələbə ilə bağlı mərc etdilər və qalibə hədiyyə kimi idmançılar timsah dərisindən çemodan verəcəklərini bildirdilər. Bu hadisədən sonra, qalib gələn Lakostu bütün mətbuat “timsah” adlandırmağa başladı.
1933-cü ildə Rene idmandan ayrılandan sonra “La Societe Chemise Lacoste” şirkətinin əsasını qoyur. Şirkət timsah emblemi ilə həmin köynəklərin istehsalına başlayır.
“Swarovski”
İlk dəfə dünyada elektriklə kristal cilalama maşınını Daniel Svarovski yaradıb. O, bu kəşfi ilə dağ kristallarından istifadə edərək bəzək əşyaları hazırladı.
“Nestle”
1867-ci ildə Avropada südəmər uşaqlar üçün qarışımının məşhurlaşdığını görən Henri Nestle öz şirkətini yaradır. “Anri Nestle” südlü unu o qədər məşhurlaşmışdı ki, o zaman qəzetlər belə ondan yazırdı. Ana südündən doymayan uşaqlara analar əlavə qida kimi həmin qidanı verirdilər və razı qalırdılar.
Əvvəllər Nestle öz şirkətinin loqotipini öz soyadına uyğunlaşdırmışdı, sonradan dəyişərək içərisində iki quş balası olan yuva şəklinə saldı. Bu ənənəvi ideal amerikan ailəsinin prototipi idi.
“Heinz”
Özünün ilk gəlirini Henri Haynz 9 yaşında bankaya yığılmış sürtgəcdən keçirilmiş xrenin satışından qazanmışdı. 12 yaşında Henri biznesini genişləndirməyə başlayır. 1861-ci ildə sürtgəcdən keçirilmiş tərəvəzlərin satışından Henri artıq 2400 dollar əldə edirdi və öz təhsil haqqını bu pulla ödəyirdi.
Məzun olduqdan sonra Haynz atasının kərpic zavodunda işləməyə başladı.1869-cu ildə qonşusu ilə birlikdə “Heinz & Noble” şirkətini yaratdı.
“Adidas”
Brendin əvvəlki adı Dassler idi. Şirkəti iki qardaş yaratmışdı. Adolf Dassler və Rudolf Dasslerin arasında qalmaqal yarandıqdan sonra brend üçün Dassler adından istifadə qadağan edildi. Bu zaman Adolf yeni ad fikirləşdi və “Adidas” adı yarandı. İxtisasca ayaqqabı ustası olan Adolf fəal şəkildə idmanla da məşğul olurdu. 75 yaşında Adolf Dassler çox yaxşı bədən quruluşuna malik idi.
“Casio”
“Casio” şirkəti Kasio Tadaonun şərəfinə adlandırılıb. Şirkət 1946-cı ildə yaradılıb. İlk hesablama maşınının hündürlüyü bir metr, çəkisi 120 kiloqram idi. “Casio 14A” aparatı on dörd rəqəmli nömrələrlə işləyirdi.
“Honda”
Soitiro Honda uşaqlığından maşın həvəskarı olub. 1948-ci ildə o, bu həvəsini biznesə çevirir və öz şirkətini qurur. “Honda” markası kifayət qədər sadə bir konsepsiya ilə işə başladı: öz-özünə öyrədilmiş mexaniki velosipedlərə zəif güclü mühərriklər quraşdırdı.
“Phillips”
Fridrix Fillips 1891-ci ildə şirkət quraraq, ampullar istehsalına başladı. Bu zaman Fridrixin qardaşı Anton yerli bazarda PR şirkətinə rəhbərlik edirdi. O, qardaşının istehsal etdiyi məhsulların daha çox satılmasına kömək etdi. Fridrix isə məhsul çeşidini artırdı, sonda şirkət çox məşhurlaşdı.
Nubar Süleymanova, “İki sahil”