09 fevral 2021 17:34
1362

Xocalı soyqırımı: Bənzəri olmayan bəşəri cinayət

Ermənilər haqqında tarixi mənbələrdə yazılanlara diqqət yetirmək kifayətdir ki, qaniçənliyi genlərində, irsi keyfiyyətlərində möhürləyən bu toplum haqqında təsəvvür yaransın. Rus tədqiqatçısı V.Veliçko “Kavkaz” əsərində yazırdı: “Ermənilər haqqında çox-çox qədimlərdən pis fikir yaranıb və heç şübhəsiz ki, bu, əsassız deyildir… məhz onlar hər cür bəhanə ilə hay-küy qoparmaq qabiliyyətinə malikdirlər”. Eyni yanaşma erməniləri daha yaxından tanıyan, murdar xislətli xalq olduqlarını xarakterizə edən, “ermənizmin” taun qədər qorxulu olduğunu dərk edən rus yazıçısı A.Qriboyedovun Rusiya imperatoruna məktubunda da aydın görünür: “Əlahəzrət, mərkəzi Rusiya torpaqlarında ermənilərin məskunlaşmasına icazə verməyin. Onlar elə tayfadırlar ki, bir neçə on il  yaşadıqdan sonra dünyaya hay-küy salaraq “bura bizim qədim, dədə-baba torpağımızdır deyəcəklər”.

Göründüyü kimi, ermənilərin vəhşiliklərindən bəhs edən yüzlərlə, minlərlə belə dəlillər, tarixi faktlar vardır. 29 il bundan əvvəl törədilmiş Xocalı soyqırımı da məhz erməni vəhşiliyinin sübutudur. Xocalı soyqırımının dözülməz mənzərəsindən dəhşətə gələn fransız jurnalisti Jan İv Yunet yazır: “Biz Xocalı faciəsinin şahidiyik. Biz Xocalı müdafiəçilərinin, yüzlərlə dinc sakinin - qadınların, uşaqların, qocaların eybəcər hala salınmış cəsədlərini gözlərimizlə gördük... Ermənilər bizim vertolyotu da atəşə tutduqlarına görə çəkilişi başa çatdıra bilmədik. Amma elə yüksəklikdən gördüklərimiz də  törədilən vəhşilikləri təsəvvürə gətirmək üçün kifayət edirdi. Bu, tükürpədici mənzərə idi. 5-6 yaşlı uşaqları, qundaqdakı körpələri,  hamilə qadınları vəhşiliklə öldürən ermənilər cəlladlıqda heç kəslə müqayisəyə gəlməzlər”.

Bu gün bütün dünya ictimaiyyəti bilir ki, 1992-ci ildə  erməni faşizminin azərbaycanlılara qarşı növbəti qətliamı olan Xocalıda görünməmiş dəhşətlər yaşanıb, azərbaycanlılara qarşı əsl soyqırımı törədilib. Xarici jurnalistlərin də etiraf etdikləri kimi, hələ də can verməkdə olan yaralılara qarşı amansızlıq, insanların diri-diri tonqala atılaraq yandırılması, körpələrin süngüyə keçirilməsi yalnız ermənilərə məxsus keyfiyyətlər olmaqla dözülməz və inanılmaz vəhşiliklərdən xəbər verirdi.

Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi zamanı erməni silahlılarının ərazimizdə apardıqları hərbi əməliyyatlar nəticəsində  20 min  soydaşımız məhz azərbaycanlı olduğu üçün qətlə yetirilmiş, bir o qədər həmvətənimiz yaralanmış, 4 mini əsir düşmüş, minlərlə təhsil, səhiyyə, mədəniyyət müəssisəsi, tarixi abidələr dağıdılmışdır. XX əsrdə 2 milyondan artıq azərbaycanlı Ermənistanın və onun havadarlarının yeritdikləri soyqırımı siyasətinin qurbanı olmuşlar.

Ötən əsrdə ermənilərin  azərbaycanlılara qarşı yönəlmiş soyqırımına ilk siyasi qiyməti 26 mart 1998-ci ildə ( 1918-ci il  mart hadisələrinin 80-ci ildönümü ərəfəsində) imzaladığı Fərmanla verən ulu öndər Heydər Əliyev daha bir tarixi missiyanı yerinə yetirdi. Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə müasir və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdıran, dünyada milli münaqişələr zəminində baş verən hadisələrə düzgün siyasi və hüquqi qiymət verilməsi, belə halların qarşısının alınması və bir daha təkrarlanmaması üçün bu sənədin mahiyyət və əhəmiyyəti böyükdür.

Prezident İlham Əliyevin səyi, Azərbaycanın artan nüfuzu, uğurlu diplomatiyası sayəsində dünya ictimaiyyətinə bəllidir ki, Ermənistanın dövlət siyasətinin əsasını faşizmə sadiqlik,  terrorçuluq və işğalçılıq, separatizm kimi mənfur niyyətlər təşkil edir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə beynəlxalq səviyyədə aparılan ideoloji təbliğatın əsas prioritetləri Dağlıq Qarabağ haqqında həqiqətləri, Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmaqdır.

Son 17 il ərzində beynəlxalq arenada aparılan uğurlu təbliğat  nəticəsində bir çox dünya ölkələrinin parlamentləri Xocalıda dinc əhaliyə qarşı törədilmiş cinayəti Azərbaycan xalqına qarşı soyqırımı cinayəti kimi tanıyıblar. Qeyd edilib ki, Xocalı faciəsi təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Xocalı soyqırımını tanıyanların sayının artması Prezident İlham Əliyevin “Mən əminəm ki, gün gələcək Xocalı faciəsini törədən, dinc əhaliyə qarşı qəddarlıq göstərən, dinc əhalini məhv edən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəklər” sözləri artıq reallığa çevrildi. Belə ki,  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və güclü, qüdrətli Azərbaycan Ordusu illərdir xalqımıza qarşı vəhşilik törədən işğalçı Ermənistana 44 gün ərzində layiq olduqları yeri göstərdi. Bununla da tarixi zəfər sayəsində bütün şəhidlərimizin, Xocalı soyqırımının günahsız qurbanlarının qisası alındı.

Mənsumə Babayeva, “İki sahil”