Türkiyənin Dənizli şəhərində yaşayan Mətin Özdəmir internetdən aldığı ikinci əl avtomobilin qaynaq ilə birləşdirilən iki ayrı avtomobil olduğunu öyrənəndən sonra şikayətçi olub.
Nəqliyyat vasitəsini satın almadan apardığı təcrübənin ona avtomobilin bir hissəsinin dəyişdirildiyini izah edən Özdemir "həyatımda ilk dəfə aldığım avtomobilə görə məyus oldum. Bütün yığdığım pulla aldım. Məni aldatdılar. Nəqliyyat vasitəsini aldığım adam, başqasına satarsan, sanki məni lağa qoyurdu" deyib.
“İki sahil” xəbər verir ki, Pamukkale Universitetinin əməkdaşı olan Mətin Özdəmir, keçən il noyabr ayında bir internet saytında ikinci əl avtomobil elanını gördükdə sahibi ilə əlaqə qurduğunu və nəqliyyat vasitəsini almaq istədiyini söyləyib. Özdəmir 2006-cı il modelli bir avtomobil almaq üçün Afyonkarahisara gedib. Burada avtomobilin sahibi ilə texniki baxış şirkətinə gedən Özdəmirə yoxlanışdan sonra avtomobilin yalnız sol qanadının dəyişdiyini bildirən yoxlanış hesabatı verilib. Aldığı hesabata inanan Özdəmir 53 min 200 lirə verib aldığı maşınla Dənizliyə qayıdıb. Aldığı avtomobilin yağ və filtrini dəyişmək üçün üçün ustaya aparan Özdəmir maşının yarısının qaynaqlandığını eşidəndə şoka düşüb. Bu dəfə avtomobilini Dənizli texniki baxış şirkətinə aparan Özdəmir tək dəyişən bir hissəsi var deyilərək, aldığı avtomobilin yarısının başqa bir avtomobildən kəsilərək biləşdiyini öyrənib.
İkinci yoxlanış hesabatından şoka düşərək aldadıldığını öyrənən Özdəmir avtomobilə ödədiyi pulun yarısını belə ödənmədiyini bildirib. Dələduzluq yolu ilə alınan pulunu geri almaq istəyən Özdəmirin vəkili Səlim Kutlutürk vasitəsi ilə qanuni bir mübarizəyə başlayıb.
Özdəmir avtomobili satan adama və texniki baxış şirkətinin sahibi haqqında prokurorluğa şikayət edib. O, avtomobilin miniləcək halının və heç bir təhlükəsizlik sisteminin olmadığını bildirib. “Mən aldanmışam, başqaları qoy aldanmasın. Maşına təmiz hesabat verən usta şikayət etməməyim üçün 1000 türk lirəsi təklif etdi" deyib.
Mətin Özdəmirin vəkili Səlim Kutlutürk həmin ustaya ikinci əl nəqliyyat vasitələri alacaqları barədə xəbərdarlıq edib. S.Kutlutürk "Buradakı vacib nöqtə, mütəxəssisin hesabatında yalnız bir hissənin dəyişdiyi olduğu avtomobilin problemli çıxmasıdır. Biz də istehlakçı hüquqları daxilində lazımi məhkəməyə müraciət etdik. Həm avtomobil sahibindən, həm də fırıldaqçı mütəxəssisdən şikayət etdik. Vətəndaşlarımız ikinci əl vasitə alarkən diqqətli olmalıdırlar. Xüsusilə, internet üzərindən verilən elanlardan ehtiyatlı olmaq lazımdır. Bu sahədə hər bir mütəxəssisə inanmamaq məsələsi də ortaya çıxıb. Etibar etdikləri və tanıdıqları mütəxəssisə müraciət etsinlər" deyib.
Vüsal Cahanov, “İki sahil”