10 fevral 2021 18:10
1029

Apple bu cihazların batareyasını ödənişsiz dəyişəcək

Apple 1%-dən başlayaraq şarj etməyə imkan verməyən MacBook Pro batareyalarını dəyişdirəcək. Problemlə əlaqədar 2016/2017 MacBook Pro modelləri üçün batareyanın dəyişdirilməsi proqramını başladan texnologiya nəhəngi macOS 11.2.1 və macOS Catalina 10.15.7-nin yeniləməsini də yayımlayıb.

"İki sahil" xəbər verir ki, Apple-ın yayımladığı son yeniləmələr nəticə vermirsə, problemlə üzləşən istifadəçilər cihazlarını servisə apararaq mübadilə proqramından yararlana biləcəklər.

Apple çox az müştərinin bu problemlə qarşılaşdığını və zərər çəkən noutbukların ekranında “Servisdən istifadə tövsiyə olunur” xəbərdarlığı göstərildiyini bildirib. 

Qeyd edilib ki, batareya ikonunun üzərinə vuraraq və ya "Sistem tövsiyələri"nə daxil olaraq cihazın enerji sağlamlıq vəziyyətini görmək mümkündür.

Qeyd edək ki, bu, Apple-ın noutbuklar üçün başlatdığı ilk dəyişdirmə proqramı deyil. Şirkət 2018-ci ildə də 13 MacBook Pros üçün əvəzləmə proqramına start vermişdi.

Röya Rasimqızı, "İki sahil"