10 fevral 2021 19:51
1340

Dünyanın ən qeyri-adi 9 göydələni

Robot Building - Bankok

Bu nəhəng göydələn 1980-ci illərdə məşhur memar Sumet Junsai tərəfindən “Bank Asia” üçün inşa edilmişdir. 1986-cı ildə tamamlanan “Robot bulding” göydələni  Banqkokdakı müasir memarlığın son nümunələrindən biridir. Sumet Junsai oğlunun oyuncaq robotunu bir model kimi istifadə edərək 20 mərtəbəli nəhəng bir göydələn inşa etdi. “Petronas Qüllələri” - Kuala-Lumpur

Kuala-Lumpur şəhərindəki qoşa qüllələr dünyanın başqa heç bir göydələninə bənzəmir. 1999-cu ildə istifadəyə verilən bu binalar Malayziyanın simvoluna çevrilib. İki binanı rekord yüksəklikdə - 41 və 42-ci mərtəbələrdə birləşdirən körpü də təkrarsızdır.

Moskva Dövlət Universiteti

MDU-nun əsas binası monumental üslübda tikilmiş yeddi Stalin göydələnindən biridir. Moskva Universitetinin bu korpusu, az qala 40 il Frankfurtda məşhur Messeturm tikilənədək hündürlüyünə görə Avropanın ən uca binası olub. Lakin təhlsil ocaqlarının binaları arasında Vorobyev yüksəkliklərində tikilmiş bu bina ən “ucaboy” olmaqda davam edir.

"Taipei 101”

Tayvan paytaxtının üzərində ucalan bu göydələn arxitektor Lee Tzuyuanın rəhbərliyi ilə tikilib. Göydələn 2010-cu ildə “Bürc Xəlifə” istifadəyə verilənədək dünyanın ən hündür binası idi. Onun konstruksiyası ən sərt hava şəraitlərinə hesablanıb və dünyanın ən təhlükəsiz göydələni sayılır. Memarlar bu binaya bir sıra rəmziliklər də veriblər. Məsələn, 101 yenilənmə və yeni başlanğıcı bildirir.

"Burulmuş gövdə” - Malmö

Bu 54 mərtəbəli göydələn özünün son dərəcə ekoloji dizaynı ilə fərqlənir. Burada məsələn, bərpa olunan enerjidən istifadə olunur. “Burulmuş” konstruksiya ispan memar Santiago Calatravanın ideyasına görə təbii formaların və insan bədəninin plastikasını təkrarlayır. İsveç dilində adı - Vridande Balendir.

John Hancock Mərkəzi - Chicago

Tikintisi 1969-cu ildə başa çatmış bu Chicago göydələni memarlıqda strukturalizmin parlaq nümunəsinə çevrilib və bugünədək şəhərin simasını formalaşdıran əsas elementlərdən biri sayılır.

"Shard" - London

Londonlular Renzo Pianonun cəsarətli layihəsi ilə tikilmiş bu super müasir göydələni əvvəlcə qəbul edə bilmirdilər. Lakin 2012-ci ildə istifadəyə verildikdən sonra bina həm yerli sakinlərin, həm də turistlərin sevimlisinə çevrildi. Londonun ən yüksək baxış meydançasıda Adının mənası “Şüşə qırıntısı” olan bu binada yerləşir.

"Crysler Building" - New York

Bu Manhattan göydələni dünyanın ən hündür binası titulunu cəmi 11 ay – 1930-cu ildən 1931-ci ilədək daşımağa macal tapıb. Lakin şəhər sakinlərinin və dünyanın müxtəlif yerlərindən olan arxitektura sevənlərin qəlbində onun xüsusi yeri var. William Van Alenin layihəsi ilə tikilmiş bina bugünədək “art deco” üslubunun klassik nümunəsi sayılır. Bundan başqa, bina BBC Culture saytının oxucuları arasında keçirilmiş sorğuda birinci olub.

"Bürc Xəlifə" - Dubay

2004-cü ilin 21 sentyabrında tikilməyə başlayan "Bürc Xəlifə"nin (digər adı "Bürc Dubay") layihəsi memar Adrian Smit tərəfindən verilib. Smeta dəyəri 4.1 milyard dollar olan binanın tikintisində 330 min kubmetr betondan, 39 min ton armaturdan istifadə olunub. Binanın ərsəyə gəlməsi üçün isə 22 milyon saat iş gedib.

Binanın tikintisinə 2004-cü ildə, iqtisadi artımın çiçəkləndiyi bir vaxtda başlanıb, açılışı isə bu yaxınlarda maliyyə böhranının Dubaya kəskin təsir etdiyi bir vaxtla üst-üstə düşür.

Binanın dəqiq hündürlüyünün nə qədər olması məxfidir, amma onun Taybey 101 binasından daha hündür olması dəqiqdir.

Binanın tikintisi 1.5 milyard dollara başa gəlib.

Bina, həmçinin ən hündür mərtəbədə yaşayış, ən hündür xidmət lifti və 124-cü mərtəbədə ən hündür müşahidə zonasına görə fərqlənir.

Dünyanın ən hündür məscidi və üzgüçülük hovuzu 158-ci və 76-cı mərtəbələrdə yerləşəcək.

“Bürc Xəlifə” şəhərin idarəçisi Şeyx Məhəmməd bin Rəşid Əl Maktum tərəfindən rəsmən açılıb.

Açılış mərasimi qazıntı işlərinin başlamasından 1325 gün sonra olub və mərasimdə 60 min qonaq iştirak edib.

Samirə Tağıyeva, “İki sahil”