Çinin Liunjiava əyalətində maraqlı bir hadisə baş verib.Arxeoloqların apardıqları qazıntılar zamanı təxminən e.ə 2700- cü ilə aid qədim qəbir tapılıb. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, həmin qəbir bir zadəganın məzarıdır. Arxeoloqlar müxtəlif aksesuarlardan əlavə, həmin məzarda xüsusi bitkilərdən hazırlanmış üz kremidə aşkar ediblər. Tədqiqatçıların söylədiklərinə görə,qadın qəbirlərində bu cür tapıntılara rast gəlmək təəccüblü deyil. Lakin bir kişiyə aid məzarda tapılan üz kremi böyük bir marağa səbəb oldu. Yəqin ki, qədim zamanlarda yalnız yuxarı təbəqəyə aid olan insanlar bu cür kosmetik vasitələrdən istifadə edə bilirdilər.
Arxeoloqlar tərəfindən ekspertizaya göndərilən qədim kremin üzərində aparılan kimyəvi analizlərin nəticəsində məlum olub ki, krem müxtəlif bitkilərdən deyil, əsasən mal-qara piyindən və “ay südü” adlanan əhəngdən hazırlanmışdır. Qeyd etmək lazımdır ki,qədim zamanlarda bu əhəngi bir üz ağardıcısı kimi istifadə edirdilər.
Samirə Tağıyeva, “İki sahil”