12 fevral 2021 11:29
1813

Gözəllik xatirinə qadınlar keçmişdə nələr edirmişlər... - FOTO

İnsanlar, xüsusilə də qadınlar gənc və cazibədar görünmək üçün praktiki olaraq, hər şey edirlər. “Forbes”ə görə, dünya gözəllik sənayesinin dəyəri hazırda 532 milyard dollar təşkil edir. ABŞ bu sahədə birinci yerdədir, ikinci yerdə Çin, üçüncü yerdə Yaponiya qərarlaşıb. Keçmişə nəzər salsaq, o zamanlar da gözəllik naminə indi bizə çox qəribə gələn prosedurların mövcud olduğunu görərik.

Gözəllik adına qadınların əvvəllər etdikləri qeyri-adi prosedurların vintaj şəkillərini bir araya toplayıb sizlərə təqdim edirik:

1.Bəzi qadınlar ayaqlarında corab geyinmiş kimi görünmək üçün tikiş xətləri çəkdirirdilər.

2. Dərini günəşdən qorumaq üçün bütün üzü örtən maska geyinirdilər.

3. Çində qız uşaqlarının ayaqlarının balaca və yığcam olması üçün çox ağrılı bir şəkildə sarıyıb sıx bağlayırdılar.

4. 1930-cu illərdə Fransada qadın sinəsinin yuyulması üçün belə bir maşından istifadə edilirdi.

 5. 1964-cü illərdə saçları düzləşdirmək məqsədilə ütüdən istifadə edilirdi.

6. Çillərin dəridən çıxarılması üçün mürəkkəb bir aparat mövcud idi. Gözlər xüsusi hava keçirməyən bir parça ilə bağlanır və burun dəlikləri örtülürdü. Nəfəs alma xüsusi bir boru vasitəsilə həyata keçirilirdi.

7. 1930-cu illərdə dəri üçün buz maskası geniş yayılmışdı.

8. 1930-cu illərdə ABŞ-da “Miss Lovely Eyes” gözəllik müsabiqəsində iştirak edən qızlar üzlərinin digər hissələrini örtürdülər.

9. 1940-cı illərdə portariv fenlərdən istifadə edilirdi.

 10. 17-19-cu əsrlər ərzində Yaponiyada qara dişlər dəbdə idi. Qara rəngə boyadılmış dişlər gözəllik rəmzi hesab edilirdi.

11. 1920-ci illərdə qırış əleyhinə rezin maskalardan istifadə edilirdi.

12. 1920-ci illərin feni belə idi.

13. 1900-cü illərdə korsetlər çox dəbdə idi.

Nubar Süleymanova, “İki sahil”