12 fevral 2021 15:44
1390

Dəhşətli işgəncələrin həyata keçirildiyi yer - Bran qalası/FOTO

Rumıniyanın Braşov şəhəri yaxınlığında yerləşən Bran qalası dünya miqyasında bir şöhrətə malikdir.

“İki sahil” xəbər verir ki, qala bu şöhrəti qazanmaqda Bram Stokerin dəfələrlə işıqlandırdığı Drakula romanına borcludur. 15-ci əsrdə bölgəni idarə edən Vlad Tepeş və ya Qəddar Voyvoda həm bölgə xalqına, həm də Osmanlı əsgərlərinə dəhşətli  işgəncə verdiyinə görə böyük  bir nüfuza sahib idi. Qəddar Voyvodanın yaşadığı Bran qalası sonralar mədəniyyətin və Rumıniya turizminin çox vacib bir hissəsinə çevrilib. Qala görüntüsünə və ətrafdakı təbiətin gözəlliyi ilə az qala nağıl kimi bir gözəlliyə sahibdir. Lakin tarixi baxımdan vəziyyət o qədər də ürəkaçan olmayıb. Rumın dilində Catelul Bran, Almanca Törzburg və Macarca Törcsvar olan bu qalanın tarixi XIII əsrə gedib çıxır. Bölgədə yaşayan cəngavərlər ticarət yollarına nəzarət etmək üçün bu bölgədə taxta bir qala tikdirərək, əslində bugünkü Bran qalasının təməlini qoyub.

1212-ci ildə tikilən bu taxta qala hər yerdə olduğu kimi 1242-ci ildə bölgəni işğal edən Monqollar tərəfindən yandırılıb. Bir əsrdən çox müddətdən sonra 1377-ci ildə sənədlər taxta qala yerində Bran adlı yeni bir tikilinin qurulduğunu göstərir. XIV əsrdə bölgədə hökm sürən Braşov sülaləsi tərəfindən daş qala olaraq inşa edilən Bran qalası 1442-ci ildən sonra Osmanlının  hakimiyyəti altında olub. 

Valaxiya və Boğdan Rumıniyaya birləşib imperiyadan ayrılana qədər Osmanlı İmperatorluğunun yerli hökmdarının iqamətgahı olaraq istifadə edilən qala bu dövrdə yaşananlar səbəbiylə bu gün də dünyanın gündəmindədir. XV və XVI əsrlərdə macarlarla türklər arasında qısa müddətə hakimiyyət dəyişsə də Bran qalası yüz illər boyu Osmanlı İmperiyasına bağlı olan Valaxiya bəyinin  inzibati mərkəzi olub. Bu bəylərdən biri olan Vlad Tepeş tarixdəki sələflərindən və varislərindən tamamilə fərqlənib. Bu gün Rumıniyada populyar olan və qəhrəman kimi görünən 3-cü Vlad Tepeş məşhur yazıçı Bram Stokerin klassik romanı Kont Drakulanın ilham mənbəyi olub. Bunun səbəbi yüz illərdir Qəddar  Voyvoda haqqında xalq arasında danışılan hekayələrdir. 1456-cı ildən bu yana komandan kimi işə başlayan 3-cü Vlad hakimiyyətdə olduğu müddətdə həm yerli əhaliyə, həm də bölgədəki Osmanlı əsgərlərinə böyük amansızlıq verib. Bir çoxlarını ağlasığmaz işgəncələrlə öldürüb. Üstəlik, bunu etmədən əvvəl müxtəlif cəbhələrdə Osmanlı İmperiyası uğrunda birlikdə mübarizə aparıb. Onun müvəffəqiyyəti o dövrdə Osmanlı İmperatorluğunun paytaxtı  olan Ədirnədə də eşidilib. Qısa uğurlarından və Macarları bölgədən qovduqdan sonra 3-cü Vlad və ya Qəddar Voyvoda gücünü gücləndirmək üçün əvvəlcə yerli lordları qovmağa başlayıb. Başladığı mübarizədə Valaxiyadakı bütün rəqiblərini məğlub etməyi bacarıb. Yerli lordları sıradan çıxarmağı bacaran 3-cü Vlad bu dəfə bölgədəki Osmanlı birliklərini hədəf almağa başlayıb. Qəddar Voyvodaya bu adı verəcək hadisələr zənciri məhz bu dövrə təsadüf edib. 3-cü Vlad Bran qalasında Osmanlı əsgərlərinə dəhşətli dərəcədə işgəncə verdikdən sonra  onları dirəklərin üstünə qoydurub. Əsgərləri qala qülləsindən aşağı atdıran Qəddar Voyvodanın işgəncələri qısa müddət sonra İstanbulda böyük rezonans doğurub. Ətrafında olan Rumıniya əsgərləri ilə tez-tez osmanlılara qarşı vuruşan Qəddar Voyvoda 1477-ci ildə 300 nəfərlik bir heyəti ilə tutulub. Cəzası tutulduğu yerdə icra edilib. Şəhid olduğu Osmanlı əsgərlərinə görə edam cəzasına məhkum edilmiş Voyvodanın kəsilmiş başı Sultan Fatih Mehmetin əmri ilə İstanbula gətirilərək paytaxtda ictimaiyyətə göstərilib. Beləliklə bir müddət ictimaiyyətin gözündə böyük qorxuya səbəb olan Qəddar Voyvoda dövrü sona çatıb.

Lakin bu hadisə unudulmayaraq, yüzillər sonra yazıçı Bram Stokerin məşhur Drakula romanının ilham qaynağı olub. Nəşr olunduğu gündən bu yana ən çox satılan romanlar arasında yer alan və dəfələrlə böyük ekranda işıqlandırılan  Drakula, bu gün də Rumıniyanın ən vacib simalarından biridir. Drakulanın yaşadığı Bran Qalası da Rumıniyanın ən çox ziyarət edilən turizm yerlərindən biridir.

Vüsal Cahanov, “İki sahil”