13 fevral 2021 00:18
608

10 ildən çox gözlənilən funksiya sınaqdan keçirilir

Populyar "WhatsApp" messencerində köhnə problem - eyni vaxtda bir neçə qurğuda işləməyin qeyri-mümkünlüyü həll ediləcək.

"İki sahil" bildirir ki, şirkət "WhatsApp" messencerinin eyni vaxtda yalnız bir neçə qurğuda işləməsini deyil, həm də smartfona qoşulmadan işləyən vebkliyenti sınaqdan keçirir. Hazırda sözügedən messencer konkret qurğu və telefon nömrəsinə bağlı işləyir. Hələ ki yeni funksiya beta-test mərhələsindədir.