15 fevral 2021 14:15
533

5 G texnologiyasından xəstələrin diaqnostikasında istifadə edilməyə başlanılıb

Çinin tibbi mütəxəssisləri 5 G texnologiyasından istifadə etməklə ucqar yerlərdə yaşayan insanların məsafədən diaqnostikasını həyata keçirəcək. Bu barədə Çinin “Sinxua” agentliyi məlumat yayıb.

“İki sahil” “smotrim.ru” saytına istinadən xəbər verir ki, Tibet muxtar rayonunda, Naqçu şəhərindən 400 km uzaqlıqda yaşayan bir xəstənin ultrasəs müayinəsi sınaq üçün bu üsulla aparılıb. Həmin xəstənin həyatda qalması üçün zaman faktoru da əsas şərt idi. Doğuşdan sonra təhlükəli vəziyyətlə qarşılaşan qadının həkimə çatması və müayinədən keçməsi ölkənin coğrafi xüsusiyyətlərini nəzərə alsaq, azı iki gün çəkə bilərdi.

Hazırda Çin teletibbi inkişaf etdirməyə davam edir, ölkə rəhbərliyi ucqar regionlarda yaşayan məhdud imkanlara malik insanların tibbi resurslardan daha rahat istifadəsi üçün layihəni genişləndirmək niyyətindədir.

Nubar Süleymanova, “İki sahil”