10 milyon lirəyə (2,4 milyon manat) şüşə villa alan aktrisa Hande Erçel evinin dekorunun düzəldilməsini tapşırdığı şirkətlə gizlilik müqaviləsi imzalayıb.
"İki sahil" bildirir ki, firma sənətçinin gizli saxladığı evi ilə bağlı reklam paylaşarsa, təzminat ödəyəcək. Aktrisa villasının dəyişdirilməsi üçün 1 milyon lirə (240 min manat) ödəyəcək. Əgər evindən görüntülər yayılsa, şirkətdən 1 milyon lirə təzminat alacaq.