Antarktidada günəş işığının çatmadığı nöqtədə dəniz canlılarının yaşadığı aşkar edilib.
”İki sahil” xəbər verir ki, ingilis elm adamları dəniz canlılarının Antarktidada günəş işığından və ən yaxın qida mənbələrindən bir neçə kilometr uzaqlıqda su altında tapıldığını aşkar ediblər. "New Scientist" jurnalında dərc olunan məqaləyə görə, Filchner-Ronne Buz Şelfində aparılan tədqiqatlar zamanı buzlaqların altında yeni həyat izləri tapılıb. Bioloqlar dəniz canlılarının buz səthinin təxminən 900 metr qalınlığında, dəniz səthini əhatə edən çuxurdan görüntülələr əldə ediblər. Bunların Antarktidadakı günəş işığının çata bilmədiyi buz təbəqəsi altında qeydə alınan ilk həyat görüntüləri olduğu vurğulanıb.
Araşdırmada hələ bilinməyən 22 dəniz canlısı var
Həmin yerdə 22 dəniz canlılarından başqa 16 dəniz süngərləri də görüntülənib. İngiltərənin milli Antarktika əməliyyatlarını aparan və bölgədə elmi araşdırmalar aparan ingilis Huv Griffits Antarktika Araşdırması (BAS) təşkilatı bu canlıların orada yaşamamalarının bir çox səbəbi olduğunu və oların qida qaynaqlarına çata bildikləri yerin 260 kilometr məsafədə görüldüyünə diqqət çəkib. Bu bölgə günəş işığından 600 kilometr məsafədə tapılıb. Filchner-Ronne Buz Şelfində dənizdən yüzlərlə metr aşağıda görünən bu canlıların nə qədər qidalandığını və nə qədər yaşadıqları barədə hələ bir açıqlama verilməyib. Digər tərəfdən bioloqlar, görüntülərin daha uzun ömrün varlığına dair ipucları verdiyini və Antarktidadakı su həyatının düşüncədən daha çox bioloji olduğunu ifadə ediblər.
Vüsal Cahanov, "İki sahil"