Bilirik ki, yaxşı bir ticarət markası hər hansı bir şirkətin imicinin formalaşmasında mühüm rol oynayır. Lakin fərqli adlar seçmək əvəzinə, bir çox təşkilatlar istehlakçıların zehnində qalması üçün sadə qısaltmalardan istifadə etməyi seçirlər. Belə markaların və şirkətlərin içərisində hamınıza tanış olanlar var, ancaq onların akronimlərindəki hərflərin nə demək olduğunu bilirsinizmi?
“BMW”

Şirkət 1916-cı ildə Münhendə yaranıb. İlk vaxtlar təyyarə mühərrikləri istehsal edirdi və “Bayerische Flugzeug Werke” adlanırdı. Tərcümədə Bavariya aviatikinti şirkəti mənasını verirdi, qısaldılması isə “BFW” formasında idi.
Sonradan şirkət maliyyə dəstəyi alır və avtomobil mühərrikləri istehsalına başlayır. Beləcə “Bayerische Motoren Werke” (BMW) (Bavariya mühərrik zavodu) adı yaranır.
“H&M”

Düşünün, bu geyim markası gələndə hansı ölkə yadınıza düşür? Britaniya və ya ABŞ hesab edirdinizsə, yanılmısınız. Şirkət 1947-ci ildə İsveçin Vesteros şəhərində yaradılıb. İlk vaxtlar şirkət “Hennes” adlanırdı, bu, İsveç dilində “onun” mənası verir. Münasib qiymətə çox çeşiddə mallar satmaq o vaxtdan şirkətin əsas qayəsi idi. 1968-ci ildə “Hennes” şirkəti balıqçılıq və ovçuluq üçün geyim mağazaları şəbəkəsini “Mauritz Widfors”u yaradır. Bundan sonra şirkətin adı “Hennes və Mauritz” olur. 1974-cü ildən məşhur “H&M” akronimi istifadə edilməyə başlanılır. Hazırda brendin 74 ölkədə 5000-dən artıq mağazası var.
“M&M’s”

Bu sevimli konfetin resepti əslində original deyildi. 1930-cu illərdə Forrest Mars adlı şəxs britaniyalı əsgərlərin əlində “Nestle” şirkətinin “Smarties” drajelərini görür. “M&M’s”in fərqi onda idi ki, üst qatdakı qlazur tropik hava şəraitində belə içliyin əriməsinə imkan vermirdi və M&M’s”i soyuducusuz da saxlamaq olurdu. O vaxtlar çox evdə soyuducu yox idi.
İlk vaxtlar yaranarkən “M&M’s”in əsas müştərisi ABŞ ordusu oldu. Məhsulun saxlama müddətinin uzun olması ordu üçün əlverişli idi. Əsgərlər bəzən konfetləri o qədər sevirdilər ki, evə gəldikdən sonra belə ondan axtarırdılar.
“Yandex”

1993-cü ildə şirkətin yaradıcıları “Arkadia” şirkəti üçün bir tətbiq hazırladılar. Ad seçərkən, şirkətin texniki direktoru İlya Seqaloviç texnologiyanın mahiyyətini təsvir edən sözlərdən fərqli törəmələr yazdı. Nəticədə, "Yandex" seçimi ortaya çıxdı — “Yet Another Indexer” (başqa bir indeksator) “Yandex.ru” axtarış sistemi rəsmən 23 sentyabr 1997-ci il tarixində İlya Seqaloviç tərəfindən “Softool” sərgisində təqdim edilib.İlk variantda şirkətin adı “Яндекс” idi, hazırda isə həm kiril, həm latın əlifbası ilə yazılır.
Nubar Süleymanova, “İki sahil”