16 fevral 2021 14:07
1124

Qışın ortasında burada üzürlər - FOTO

UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına daxil olan Pamukkaledə qədim xarabalıqları olan hovuz daim turistlərin diqqətini çəkib.

“İki sahil” xəbər verir ki, Türkiyənin ən əhəmiyyətli turizm mərkəzlərindən, dünyada məşhur olan Pamukkaleyə qış mövsümü olmasına baxmayaraq yerli və xarici turistləri sıx maraq göstərir.

Təbii gözəlliyi və tarixi toxuması ilə qonaqlarını heyran edən Pamukkaleyə gələn turistlər travertenlərdə gəzməkdən zövq alırlar. “Ağ cənnətdə” təbii mühitdən zövq alan ziyarətçilər bu anları foto və video çəkərək tərixiləşdirirlər. Buranın Hierapolis qədim şəhərində 2500 illik Kleopatra qədim termal hovuzu yay və qışda suyun 36 dərəcə isti olduğundan soyuq havalarda da bölgəyə gələn turistlərin diqqətini cəlb edir.

Qədim zamanlardan bəri termal müalicə mərkəzi olaraq bilinən bu yerdə 692-ci ildə meydana gələn zəlzələdə sütunların çökməsi və termal suyun yığılması ilə təbii olaraq əmələ gələn antik hovuz müxtəlif ölkələrdən gələn qonaqlarını qəbul edir. Misir kraliçası Kleopatranın da üzdüyü ehtimal olunan tarixi hovuz qonaqlarına qədimdən qalan tapıntılar arasında üzmək imkanı verir.

Rusiyadan Türkiyəyə gələn turistlərdən Svetlana İvanova bu yerə heyran olduğunu ifadə edərək Moskvadan gəldiyini bildirib: “Pamukkale çox gözəldir və hər kəsə tövsiyə edirəm. Möhtəşəm bir gözəlliyi var. Hovuza heyran qaldıq. Soyuq havalarda isti suda olmaq çox xoşdur.”

Başqa bir rusiyalı turist Nataşa Navikova: “Türkiyə çox gözəl bir ölkədir. Buranı çox bəyəndik. Çox məmnunuq. Kleopatranın hovuzda üzdüyünə inanırıq. Daha da gözəlləşmək üçün hovuza girəcəyik. Koronavirusa qarşı görülən tədbirlər çox sərtdir. Burada gigiyenaya qaydalarına əhəmiyyət verilir.”

Vüsal Cahanov, “İki sahil”