16 fevral 2021 14:48
1212

Evlər cəmi 1 avroya? FOTO

İtaliyanın Siciliya adasında yerləşən Troyina kommunası yeni sakinlər cəlb etmək üçün xüsusi aksiya elan edib.Həmin şəhərin əhalisi az olduğuna görə, burada evlər 1 avro qiymətinə satılır. Alıcılara isə bundan əlavə təmir üçün 25.000 min avro vəsait təqdim edilir.

Proqram çərçivəsində satışa onlarla ev çıxarılıb. Yaxın gələcəkdə isə daha yüzdən çox ev satışa çıxarıla bilər. Alıcılar üç il ərzində aldıqları evləri təmir etməli olacaqlar.

Təmir bonuslarına əlavə olaraq yeni sakinlərə pulsuz uşaq bağçaları da təqdim olunacaq və yaxın 3 il ərzində onlar  əmlak və bələdiyyə xidmətləri vergilərindən də azad olacaqlar.

Samirə Tağıyeva, "İki sahil"