16 fevral 2021 15:27
1501

Kişilər haqqında yaranan yalnış fikirlər

“Kişinin ürəyinə gedən yol onun mədəsindən keçir” və yaxud "kişilər ağlamaz"kəlməsi hər xanımın qulağında sırğa kimidir. Lakin son illərdə aparılan araşdırmalar kişinin ürəyinə gedən yolun fərqli olduğunu aşkarladı. Məşhur "Pravda" qəzeti kişilər haqda yaranan səhv fikirlər haqqında bir məqalə hazırlayıb. Onları sızə təqdim edirik.

Bir kişinin ürəyinə gedən yol mədəsindən keçər

Müasir kişilər qadında yaxşı yemək bişirməkdən daha çox başqa şeylər axtarır. Əslində yumurtayla belə xoşbəxt ola bilən ailə başçıları var

İlk addım həmişə kişidən gözlənilər. Kişilər hərəkətə keçməyi xoşlayır.

Əgər söhbət qarşı cinsdən gedirsə kişilər əksinə çox utancaq davranırlar. Bir kişinin ilk addım atması, əslində onun üçün heç də asan deyil.

Kişilər üçün əhəmiyyətli olan qadınların xarici gözəlliyidir

Kişilərin çoxu qadınların xarici gözəlliyindən təsirlənir, lakin onlar üşün cazibədarlıq əsas göstərici deyil. Hər qadın diqqətli davransa istədiyi kişinin marağını çəkə bilər.

Kişilər açıq sözlü və səmimidir

Bu, əslində belə deyil. Kişilər bir az sirli qalmağı və qadınların da sirli tərəflərinin olmasına üstünlük verirlər.

Bir kişiylə nə qədər pis davransanız, sizə bir o qədər bağlanar

Mütəxəssislər bunun yalnız acı çəkməkdən xoşlanan kişiləri xoşbəxt etdiyini bildirirlər. Bir kişiylə həddindən çox pis davransanız əmin olun ki, onu itirəcəksiniz.

Güclü kişilər yaşadıqları sıxıntılardan şikayət etməz və ağlamazlar

Mütəxəssislər bu düşüncənin tamamilə səhv olduğunu bildirirlər. Psixoloqlar kişilərin ağlaya biləcəyini və problemlərlə qarşılaşacağı halda şikayət etdiyini normal hesab edirlər.

Gerçək bir kişi nə istədiyini yaxşı bilir!

Kişi robot deyil. Onun da hissləri və qayğıları ola bilər. Yalnız kişi olduğu üçün səhv etməməsini gözləmək heç də düzgün deyil. Hər insan kimi o da səhv edə bilər.

Bütün kişilər ürəksizdir...

Kişilər əslində qadınlara nisbətən daha çox romantikdir (təbii ki, hamısı yox). Lakin cəmiyyət içində duyğularını nümayiş etdirməyi xoşlamırlar. Romantik olsalar belə, səhv başa düşüləcəklərindən ehtiyat edirlər.

Samirə Tağıyeva, "İki sahil"