17 fevral 2021 11:46
896

Qəza zamanı sürücünü qoruyan cins şalvar hazırlanıb

Motosikletçilər üçün qoruyucu geyimlər hazırlayan dizayner öz yeni kəşfini təqdim edib: o, təhlükəsizlik yastıqları olan cins şalvar hazırlayıb. Müəllif hesab edir ki, bu şalvar qəza hadisələri zamanı ayaqları travmalardan qoruyacaq.

Məlumdur ki, adətən, motosiklet qəzaları zamanı ciddi travmalar və ya ölüm halları qaçılmaz olur. Statistika göstərir ki, motosikletlər avtomobillərlə müqayisədə 29 dəfə daha artıq yol qəzası törədirlər. Buna görə də, dizayner hesab edir ki, bu nəqliyyat vasitəsindən imtina əvəzinə, təhlükəsizlik tədbirlərini artırmaq məqsədəuyğundur.

Dizayner Mozes Şahrivar İsveçin məşhur “Harley Davidson” motosiklet şirkəti ilə 16 ildir ki, əməkdaşlıq edir. Onun son işi qəza anında yastıqları açılan şalvardır. Bu şalvarın əsasını əvvəllər motosikletçilər üçün hazırlanan xüsusi jiletlərdə istifadə olunan texnologiya təşkil edir. Şahrivar yeni kəşfini Avropa standartlarına uyğun olaraq sertifikatlaşdırmağı, 2022-ci ildən isə bazara çıxarmağı planlaşdırır.

Nubar Süleymanova, “İki sahil”