17 fevral 2021 13:54
1063

Bu şeylər əslində orqanizmimizi qoruyurmuş

Orqanizmimiz özümüzə də tam aydın olmayan çoxsaylı bioloji proseslərin və sistemlərin kompleks bir birləşməsidir. Müdafiə mexanizmləri bu sistemlərdən biridir. Müdafiə mexanizmləri bədənimizi həftənin 7 günü 24 saat  zərər verə biləcək hər şeydən qoruyur. Aşağıda hansı səbəbdən baş verməsi özümüzə də aydın olmayan 9 təəccübləndirici proses haqqında danışacağıq:

1. Hıçqırıq

Çox sürətli yeyəndə, böyük miqdarda yemək yeyəndə və ya sadəcə çox yeyəndə bu, mədə və diafraqmadan keçən siniri qıcıqlandıra bilər. Həmin siniri qorumaq üçün məhz hıçqırıq hücumu baş verir.

2. Əsnəmə

Adətən beyin yükləndikdə onu rahatlatmaq üçün əsnəmə baş verir.

3. Asqırma

 Burun kanallarında allergenlər və bakteriyalar artdıqda, toz və digər qıcıqlandırıcılar daxil olduqda bədənin özünü “zibil”dən təmizləmə reaksiyası kimi asqırırıq.

4. Gərilmə

Şüursuzca bədəni gün ərzində onu gözləyən yaxınlaşacaq fiziki fəaliyyətə hazırlamaq üçün gərilirik.  Dartmaq əzələləri istiləşdirir, qan dövranını bərpa edir və əhvalımızı yaxşılaşdırır.

5. Qıcolma

Bu qəribə hiss əsasən, təzəcə yerimizə uzanıb yuxuya gedərkən baş verir, titrəyir və oyanırıq. Bu anda bütün əzələlər bir spazmla güclü sıxılır, nəfəs alma sürətimizin kəskin azalır, nəbzimiz çox yavaş vurur və əzələlər boşalır. Beynimiz bu hərəkətləri ölümə yaxınlaşma kimi qəbul edir və qıcolma verərək bizi xilas etməyə çalışır.

6. Dərinin suda büzüşməsi

Barmaq uclarındakı dərinin suda qaldıqda qırışmağa başlaması əslində çox vacibdir. Bədən artan nəmlik səviyyəsi ilə qarşılaşır və ətraf mühitin sürüşkən olduğunu başa düşür. Buna görə barmaqların üzərindəki dəri sürüşkən səthlə təmasın daha asan olduğu bir forma almağa başlayır.

8. Yaddaşın qismən itməsi

Bu, ümumiyyətlə həyatımızın ən xoşagəlməz və travmatik epizodlarından sonra olur. Beynimiz sanki başımıza gələn dəhşətli şeyləri yaddaşımızdan silməyə çalışır.

9. Tüklərin biz-biz durması

Bunun əsas səbəbi bədənimizin dəri məsamələrindən itirdiyi istilik miqdarını azaltmaqdır. Yəni, bədən hər şeyi edir ki, daha sürətli isinək.

10. Göz yaşları

Göz yaşlarının gözün selikli qişası üçün bir qoruma rolunu oynadığını bilirik. Bundan əlavə, alimlər göz yaşları ilə stresli vəziyyətlərdə vücudumuzun insanı həmin an yaşadığı ağrılardan yayındırmaq üçün güclü bir qıcıqlanma mənbəyi yaratdığına inanırlar.

Nubar Süleymanova, “İki sahil”