17 fevral 2021 14:58
993

Həftənin ənləri açıqlanıb

Azərbaycanca Vikipediyada həftənin seçilmiş məqaləsi, həftənin yaxşı məqaləsi və həftənin seçilmiş siyahısı məlum olub. 

"İki sahil" bildirir ki, həftənin seçilmiş məqaləsi Amundsenin Cənub qütbünə ekspedisiyası olub.

Həftənin yaxşı məqaləsi isə Üzeyir Hacıbəyov tərəfindən 1907-ci ildə yazılmış ilk milli Azərbaycan operası “Leyli və Məcnun” olub. 

“Süngər Bob Kvadrat Şalvar cizgi serialının seriyalarının siyahısı” isə Azərbaycanca Vikipediyada həftənin seçilmiş siyahısı olub.