17 fevral 2021 20:27
1082

Puluna görə 71 yaşlı kişiyə ərə getdi

Kanadalı produser Deyvid Fosterlə ailə həyatı quran aktrisa Ketrin Makpi tənqidlərə tuş gəlib.

"İki sahil" bildirir ki, Ketrinin sosial şəbəkə hesabından "Sonsuza qədər sevgilim. Ən yaxşı dostum. Ən yaxşı insan. Motivasiya mənbəyim" kimi sözlər paylaşması istifadəçiləri qıcıqlandırıb. Onlar Makpiyə əri ilə puluna görə evləndiyini bildirib. Cütlüyün olduqca böyük yaş fərqi var.

Belə ki, Deyvid  71, Ketrin isə 36 yaşındadır. Bəzi sosial media izləyiciləri isə Ketrinin Fosterin artıq 5-ci arvadı olduğundan bu evliliyi rəsmi nikah adlandırmayıblar.