17 fevral 2021 18:40
1332

Elektrik mühərriki ilə işləyən super avtomobil təqdim edilib FOTO

İngilis avtomobil nəhəngi McLaren, elektrik mühərriki ilə işləyən 671 at gücünə sahib Artura super avtomobilini təqdim edib.

"İki sahil" türk mediasına istinadən bildirir ki,  McLaren Artura’yı İngilis markasının digər modellərindən fərqləndirən ən əhəmiyyətli detal, McLaren’in ilk dəfə Artura’da McLaren Carbon Lightweight Architecture (MCLA) platformasını istifadə etməsidir. 

Mclaren Artura, sürət həvəskarlarının təhlükəsizliyini təmin etmək üçün bəzi təhlükəsizlik avadanlığına sahibdir. 

Performance, TechLux və Vision adlı 3 fərqli avadanlığı olan Artura, ABŞ-da 225 min dollar satış qiymətinə sahib olacaq.