Koreyanın “Hyundai Motor Group” avtomobil şirkəti yeni konseptini təqdim edib. Şirkət “addımlayan pilotsuz aparat” hazırlayacaq. Mobil platformada idarə sayəsində aparat həm təkər vasitəsilə, həm də “ayaqları ilə” hərəkət edə biləcək.
Konsepti “Hyundai”ın Kaliforniyadakı pilotsuz nəqliyyat sahəsi üzrə ixtisaslaşmış “Nyu Horizons Studio” qolu hazırlayıb.
“Nyu Horizons Studio”nun rəhbəri Cong Soonun “TechCrunch”a verdiyi məlumata görə, şirkət mövcud prototipi beş il ərzində satışa hazır bir cihaza çevirmək niyyətindədir. Önümüzdəki iki ildə "əsas texniki problemlər" həll ediləcək, xüsusi bir dizayn yaradılacaq, 2023- 2024-cü illərdə məhsulun ilk "beta versiyaları" artıq işıq üzü görəcək.
Aparat istədiyi tərəfə hərkət edə biləcək. Təkər vasitəsilə hərəkət etdiyi anda bir maneə ilə rastlaşarsa, dərhal “ayaqlarını” işə salaraq səmtini dəyişə biləcək.
Nubar Süleymanova, “İki sahil”