Acun Ilıcalının sahibi olduğu "Exxen" platformasında yayımlanan "İşte bu benim masalım" serialı gözlənilən uğuru əldə edə bilməyib.
"İki sahil" xəbər verir ki, yanvarın 1-dən etibarən tamaşaçı qarşısına çıxan ekran işi IMBD (dünyanın ən böyük film məlumat bazası və veb saytıdır- red.) istifadəçilərinin səsləri nəticəsində 1, 7 xal qazanıb. Bununla da, layihə uğur qazanmayan seriallar arasında yer alıb.
Bundan əlavə, gənc müğənni Aleyna Tilki ilə "Survivor 2020"nin çempionu Cemal Can Cansevenin rol aldığı "İşte bu benim masalım"ın ikinci mövsümünün çəkilib- çəkilməyəcəyi sual altındadır.