Kolumbiyada yolunu azan inək dövlət xəstəxanasının təcili yardım şöbəsinə girib. “İki sahil” xəbərverir ki, hadisə nəticəsində 4 nəfər yaralanıb.
Xəstələr çaxnaşma içində qaçmağa çalışıb. İnək təcili yardım otağının küncündə sıxışdırdığı qadına hücum edib. Digər xəstələr inəyin boynuna bağlanan kəndiri çəkərək qadını xilas etməyə çalışıblar. Bir müddət sonra inək sakitləşib və sürətlə girdiyi qapıdan uzaqlaşıb. Yerli mətbuat qeyri-adi hadisə nəticəsində 4 nəfərin yaralandığını bildirib.