Türkiyəli müğənni Aleyna Tilki "İnstagram" hesabında izləyiciləri ilə söhbət edib.
"İki sahil" xəbər verir ki, 20 yaşlı ifaçı pərəstişkarlarından birinin "Ölüm haqqında nə düşünürsünüz" sualına belə cavab verib: "Ölümə uşaqlıqdan marağım var. Mənim uşaq vaxtı oynadığım park qəbristanlığın içində, evimiz isə morqun qarşısında idi. Əvvəllər nənəmin xəstəxanası olduğu üçün orada çox vaxt keçirirdim. Meyitin yarılmasını da izləmişəm. Qəbristanlıqlarda 6-cı hisslərimlə bağlı təcrübələr də aparmışam. Ölümü qəbul edirəm, mənə ilham verir."