28 fevral 2016 19:44
416

Ronaldodan şok açıqlama

"Qələbə qazanmaq şansımız "Atletiko"ya nisbətən daha çox idi, lakin bu futboldu, bilmək olmur".

"Real"ın hücumçusu Kriştiano Ronaldo La Liqanın son turunda "Atletiko"ya məğlubiyyətdən (0:1) sonra fikirlərini bildirib. "Marca"nın verdiyi xəbərə görə, portuqaliyalı futbolçuları bunları dilə gətirib:

"Əgər "Real"da hamı mənim səviyyəmdə oynasaydı, biz turnir cədvəlində birinci olardıq. Mətbuat yazır ki, mən az hərəkət edirəm, amma statistika aldatmır.

Mən heç kəsi incitmək istəmirəm, siz yaxşısınızsa, qalib gəlmək elə də çətin deyil. Mən Pepe, Marselo, Benzema, Beyllə oynamağı xoşlayıram.

Xese, Kovaçiç və ya Lukas haqqında pis nəsə demək istəmirəm, onlar yaxşıdı, amma...

Bilmirəm, biz bu mövsümə pis hazırlaşmışıq ya yox, ancaq zədəli futbolçularımız var, komandaya ziyan vurur.

Qələbə qazanmaq şansımız "Atletiko"ya nisbətən daha çox idi, lakin bu futboldu, bilmək olmur".

Hazırda primeroda turnir cədvəlinə 63 xalla "Barselona" başçılıq edir. "Atletiko" 58 xalla 2-ci, "Real" 54 xalla 3-cüdü.