"Estoniya-Azərbaycan Parlament Qrupu Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verir. Biz, Azərbaycan xalqının aralarında çox sayda uşaqların, qadın və qocalar da olduğu 600-dən çox günahsız mülki şəxsin qətlə yetirildiyi Xocalı qətliamı ilə bağlı ağrısını bölüşürük".
"İki sahil" xəbər verir ki, bu barədə Estoniya-Azərbaycan Parlament Qrupunun bəyanatında deyilir.
“1992-ci il fevralın 25-dən 26-na keçən gecə azərbaycanlı mülki şəxslərə qarşı insanlıq əleyhinə törədilmiş cinayətləri ən sərt şəkildə qınayırıq. Bu, kütləvi qətlin günahkarları məsuliyyətə cəlb olunmalıdırlar.
Azərbaycan Respublikası və Ermənistan arasında Dağlıq Qarabağ bölgəsindəki bütün hərbi fəaliyyətlərin dayandırılmasını alqışlayırıq. Azərbaycanın davamlı sülh, inteqrasiya və azad edilmiş ərazilərin inkişafı istiqamətindəki səylərinə dəstəyimizi ifadə edrik”, - bəyanatda vurğulanıb.
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib