Almaniyanın Ulm şəhərində evsiz insanları gecə soyuqdan qorumaq üçün" yuxu kapsulaları" yaradıblar. Evsizlərə dəstək olmaq üçün və onları əsasən qış aylarında soyuqdan qorumaq üçün yaranan bu sosial proqram 6 sahibkar və texniki mütəxəssislər tərəfindən irəli sürülmüşdür . Həmin layihənin adı Ulmer Nest qoyulmuşdur. Mütəxəssislərin düşüncələrinə görə, "yuxu kapsulaları"nda insanlar rahat dincəlib, özlərini tam təhlükəsizlikdə hiss edəcəklər. Qeyri-adi kapsulalarda iki nəfərə qədər adam yerləşə bilər və ən əsası odur ki,insanların tam təhlükəsizliyini düşünən mütəxəssislər bura kilid də yerləşdiriblər.
Qeyd etmək lazımdır ki, həmin yuvalar artıq ikinci ildir ki, Ulm şəhərində istifadə olunur və yeni yaradılan bu sığınacaqlar hələ də sınaqdan keçirilir və deyilənlərə görə hələ görüləsi çox iş var. Həmçinin qeyd edilib ki,mütəxəssislər rütübəti və kapsulun içindəki istiliyi optimal səviyyədə saxlaya bilmək üçün çox çalışıblar.Lakin yaradılan bu yuvalar yalnız ekstrimal istifadə üçündür və adi mənzillərin alternativi deyil. Komanda hal-hazırda belə yuvaların sayını çoxaltmaq üçün çalışmaqdadır.
Samirə Tağıyeva, "İki sahil"