Amerika Birləşmiş Ştatlarında (ABŞ) Alyaskanın əyalət sahilində St.Paul adasında yaşayan 27 yaşlı Cara Lestenkof-Mandregan keçən il iyun ayında karantində əkizlər dünyaya gətirib.
“İki sahil” xəbər verir ki, gənc qadın 9 aydan sonra əkiz körpələri ilə evinə qayıdıb. Qadın koronavirus epidemiyası zamanı əkizləri etibarlı şəkildə dünyaya gətirmək üçün 10 həftə ərzində evindən 3 saatlıq məsafədə olan bir xəstəxanada karantində olub. Xəstəxanada karantində gözlərini dünyaya açan Mila və Anna anaları ilə 9 ay sonra təxminən 400 nəfərlik əhalisi olan St. Paul Adasındakı evlərinə qayıdıb.