Qışı İstanbulda yaz-yay aylarında Elazığın Keban mahalının Nimri kəndində keçirən Hüseyn Turan “Sunny” adlı itini xərçəng xəstəliyindən itirdikdən sonra iki ildirki 50 pişik və itə qulluq etmək üçün kəndi tərk etmir.
“İki sahil” xəbər verir ki, Hüseyn Turan qeyd edir ki, heyvanlar tənhalıqdan ac qalır: “Qışda yalnız heyvanlar üçün kənddə qalıram.”
Elazığlı 76 yaşlı Hüseyn Turan 6 il əvvəl Sunny adlı sevimli itini itirib. Ölən itinə olan sevgisini sahibsiz heyvanlarda yaşatmağa qərar verən Turan kənddəki pişiklər və itlərə qulluq etməyə başlayıb. Əlləri ilə bəslədiyi və onlara yemək və sığınacaq düzəltdiyi pişik və itləri qışda tək buraxmaq istəməyən Turan iki ildir kənddən ayrılmır.
Bütün heyvanlar və təbiəti sevən biri oldum
AA agentliyinə danışan H.Turan 12 il əvvəl İstanbulda yaşadığı zaman qızını bir müddət sevindirmək üçün dostundan alıb evə gətirdiyi “Pekines” cinsi itə Sunny adını verdikdən sonra aralarında böyük bir dostluğun başladığını bildirib. 12 il baxdığı və heç vaxt ondan ayrılmayan itini itirdikdən sonra kənddəki heyvanlara qulluq etdiyini ifadə edən Turan Sunnydən sonra bütün heyvanları sevməyə başlayıb.
Ancaq heyvanlar üçün qışı kənddə qalıram
H.Turan ailəsi ilə birlikdə İstanbulda yaşayan, ancaq bəzən doğulub böyüdüyü torpaqları ziyarət etmək üçün kəndinə gedir. O, 40 evi olan kənddə yaşayanların qış aylarında böyük şəhərlərə getdiyini deyib. Turan pişiklərin və itlərin kənddə nəzarətsiz qaldığını görəndə könüllü olaraq onlara baxdığını söyləyib. “Qışda kənddə kimsə qalmır. Heyvanlar tənhalıqdan ac qalır. Mən onlara qulluq edirəm”. O, kənddəki bütün pişik və itlərin evinin ətrafında gəzdiyini, onlara rayondan yemək gətirdiyini, qəssabdan ət, sobadan təzə çörək aldığını və makaron hazırladığını qeyd edib. Turan heyvanları ac buraxmamağa çalışdığını və onları çox sevdiyini, hər səhər və axşam yeməyindən əvvəl onlara sığınacaqlar qurduğunu və bəslədiyini bildirib: “Bu heyvanların başqa gedəcək yeri yoxdur. Mən kənddəki bütün heyvanlara baxıram. Bunu eşidən ətraf kəndlərdə yaşayanlar da pişik və itlərini kəndimizə buraxırlar.” Turan Sunny ilə başlayan heyvanlara olan sevgisinin davam etdiyini söyləyib.
Vüsal Cahanov, “İki sahil”