19 fevral 2021 20:58
1160

"Survivor"da yenidən dava düşüb

"TV8"də yayımlanan "Survivor" yarışmasında yenidən dava düşüb.

"İki sahil" bildirir ki, bu dəfə gərginlik yarışlardan sonra iştirakçıların istirahət etməsi üçün təşkil olunan "Anlat bakalım" oyununda yaşanıb. Belə ki, "Könüllülər" komandası üzvlərindən Rəşad, Stivn və Öykünün yarışı uduzmağına əsəbiləşib. Daha sonra digər komanda yoldaşı Ayşənin "Əhvalım yoxdur, oynamaq istəmirəm" deməsi Rəşadı daha da əsəbiləşdirib.

Beləliklə, mübahisə böyüyüb və digər komanda üzvləri də məsələyə qarışıb.