28 fevral 2016 19:52
3417

Dünyada ilk! 12 yaşında doğuldu

Unikal əməliyyat Çinin Şansi vilayətində reallaşdırılıb.

Dünən dünyaya gəlmiş bu oğlanı dünyadakı bütün körpələrdən fərqləndirən məqam var. O, 12 il əvvəl hələ embrion olanda dondurulmuşdu.

Unikal əməliyyat Çinin Şansi vilayətində reallaşdırılıb. Çji Mo və Lao Syan 12 il əvvəl ikinci övladlarını gözləyirdilər. Lakin Çindəki "bir ailə-bir uşaq" siyasəti hamilə Laonun arzusunu gözündə qoymuşdu. Belədə Çji və Lao bətnindəki embrionları dondurmağa qərar vermişdilər.

Embrionun 12 il donmuş vəziyyətdə saxlanması üçün onlar 3 min dollar ödəyiblər. Çindəki "bir ailə-bir uşaq" doktrinası ləğv olunandan sonra 40 yaşlı Lao ikinci övladını doğmağa qərar verib. 7 embriondan yalnız üçü normal vəziyyətdə idi v əonların arasında ən yaxşı vəziyyətdə olan ikisi Laonun bətninə yeridilib. Həmin embrionlardan biri də böyüyüb.

Yeni doğulmuş uşaq əslində, böyük bacısı ilə eyni yaşdadır. Sadəcə o, embrion vəziyyətdə 12 il "donmuş" halda saxlanılıb.