21 fevral 2021 11:47
1028

Aktrisa Hollivuda yollanır

Aktrisa Esra Bilgiçin məşhurluğu Türkiyə sərhədlərini aşıb.

"İki sahil" bildirir ki, aktrisa Hollivud filminə çəkilmək üçün dəvət alıb. O, Böyük Britaniyalı aktyor Orlando Blumun da olduğu layihədə yer alacaq.

Qeyd edək ki, aktrisa hazırda reytinqli seriallardan olan "Ramo"da çəkilir. Ekran əsərində Esranın tərəf müqabili aktyor Murat Yıldırımdır.