22 fevral 2021 12:25
1853

Təbəssüm ən yaxşı dərmandır

“Təbəssüm ən yaxşı dərmandır.” Bu cümləni tez-tez eşidirik, hətta tibb mütəxəssisləri də çox gülməyi məsləhət görürlər. Gülümsəmək insanın əhvalı ilə yanaşı immunitet sistemini də inkişaf etdirir. Aşağıda gülüşlə bağlı bir çox maraqlı faktla tanış ola bilərsiniz:

Psixoloqlar bildirirlər ki, hətta özünüzü gülməyə məcbur edərək də anında əhval-ruhiyyənizi yüksəldə bilərsiniz.

Gülüş immunitet sisteminizi gücləndirir, fiziki sağlamlığınızı artırır. Gülərkən bədən rahatlaşır, gərginlikdən xilas olur.

Gülüş yoluxucudur. İsveçdə aparılan tədqiqatlar sübut edib ki, gülən insanlara baxan digər insanların üzündə özlərindən asılı olmadan təbəssüm yaranıb.

Təbəssüm stresi yox edir. Güldükdə, hətta özünü gülməyə məcbur etdikdə belə beyində endorfin hasil edilir və əhval-ruhiyyə yaxşılaşır.

Əzələlər üçün gülmək qaşqabaqlı durmaqdan daha asandır. Alimlər vücudumuzun qaşları çatmaq üçün gülümsəməkdən daha çox çalışmalı olduğunu bildirirlər.

Təbəssüm-xoşbəxtliyin universal bir göstəricisidir. Müxtəlif mədəniyyətlərdə əl ilə görüşmək, qucaqlaşmaq, və s. kimi adətlər olsa da, gülümsəmək bütün dünyada xoşbəxtlik və sevinc simvolu olaraq qəbul edilir.

Təbəssüm edərkən 5-53 arası üz əzələsi işə düşür.

Uşaqlar gülüş bacarığı ilə doğulurlar. Uşaqlar ətrafdakı insanları müşahidə edərək davranış və səslərdən çox şey öyrənirlər, lakin elm adamları bütün uşaqların gülüş qabiliyyəti ilə doğulduğuna inanır, çünki kor uşaqlar da gülümsəyə bilirlər.

Təbəssüm insanı daha cazibədar və özünəinamlı edir. Təcrübələr göstərir ki, gülümsəyən insanlar işdə daha çox uğur əldə edirlər.

Təbəssüm ən tanınan üz ifadəsidir. İnsanlar 100 metrə qədər məsafədən təbəssümü tanıya bilirlər.

Qadınlar kişilərdən daha çox gülürlər. Yeniyətmə yaşlarda isə oğlanlar qızlardan daha çox gülürlər.

Təbəssüm makiyajdan daha çox insanları cəzb edir. “Orbit Complete” tərəfindən aparılan tədqiqatlar zamanı insanların 70 %-i gülümsəyən qadınları makiyajla gözəl görünən qadınlardan daha üstün saydıqlarını bildiriblər.

Təbəssümün 19 növü ayırd edilib. Ümumi olaraq isə iki kateqoriyaya bölünür: “sosial” gülüşlər və səmimi gülüşlər. Sosial təbəssüm hörmət xatirinə edilən təbəssümdür. Səmimi təbəssüm zamanı daha çox əzələ işə düşür.

Körpələr doğuşdan dərhal sonra gülümsəməyə başlayırlar. Əksər həkimlər inanırlar ki, həqiqi gülüşlər körpənin 4-6 həftə arasında yuxuda baş verir, ancaq körpələr dünyaya gələn kimi yuxularında gülümsəməyə başlayırlar.

Nubar Süleymanova, “İki sahil”