Düymələr icad edilməyənə qədər paltarların yaxası ip vasitəsilə birləşdirilirdi.
"İki sahil" xarici mediaya istinadən xəbər verir ki, irəli sürülən fərziyyələrin birinə görə 13-cü əsrdə düymələr icad edildikdən sonra düymələrin ən rahat yerini seçmək lazım oldu.
Düymələr yeni icad edildiyi üçün təbii ki, ilk olaraq varlı insanlar onlardan istifadə edə bilirdilər və ilk düymələr də qiymətli metallardan hazırlanırdı.
Xidmətçilərin zadəgan xanımları daha çevik və rahat geyindirə bilmələri üçün dərzilərə düymələri sol tərəfə tikmələri tapşırılırdı.
Kişilər isə özləri geyindikləri üçün, onların paltarlarında düymələr sağ tərəfdə tikilirdi.
Röya Rasimqızı, "İki sahil"