Tədqiqatçılar koronavirusun ağır forması ilə A vitamininin çatışmazlığı arasında əlaqə aşkar ediblər.
Türkiyənin Ankara Universitetindən olan mütəxəssislər sağlam insanların və reanimasiyada yatan COVID-19 xəstələrinin qan nümunələrini tədqiq ediblər. Belə nəticəyə gəliblər ki, koronavirus xəstələrində hətta dərman formasında A vitamini qəbul etdikləri halda belə retinol konsentrasiyasının həcmi çox aşağı olub.
Mütəxəssislər hesab edirlər ki, A vitamini COVID-19 ilə mübarizədə vacib rol oynayır, bu vitamin virusəleyhinə zülal molekullarında interferonların sintezi üçün orqanizmə lazımdır.
Tədqiqatçılar A vitamini azlığını koronavirusun ağır keçirilməsinə səbəb olan patogenetik pozuntu hesab edirlər.
Nubar Süleymanova, “İki sahil”