22 fevral 2021 16:36
1122

Ən sağlam şokolad içliyi

Bildiyimiz kimi, ən faydalı şokolad acıdır, çünki o, ən az yüzdə 75 kakao paxlasından ibarətdir.Bəs bu  məhsul üçün ən faydalı içlik hansıdır?  Bu barədə məşhur dietoloq, Kanada Qidalanma  Birliyinin üzvü Nataliya Nefedova Radio Sputnik-ə verdiyi müsahibədə danışıb.Onun sözlərinə görə, qara acı şokolad üçün ən faydalı içlik məhz qoz-fındıqdı.

Dietoloq verdiyi müsahibədə qeyd edib ki, bu iki məhsulda yağlı olan  yağlar sağlam yağlardı.O, həmçinin qeyd edib ki, acı şokoladda kifayət qədər faydalı bir maddə olan teobromin, sink və maqnezium da var. Qoz-fındıqda isə  sağlam yağlar, vacib Omeqa-3  vitamini var.

Dietoloq, həmçinin gündə nə qədər şokolad yemək olar sualınıda cavablandırıb.Bildirib ki,  bir şəxs ağır fiziki fəaliyyətlə məşğul deyilsə, yediyi şokolad az miqdarda da olsa artıq çəkiyə səbəb ola bilər.

Samirə Tağıyeva, "İki sahil"